Rusiya ordusuna T-90M tankı və BREM-1M bərpa maşınları təhvil verilib

2022/08/1659961928.jpg
Oxunub: 811     19:11     08 Avqust 2022    
Rusiya ordusuna yeni T-90M tankları və BREM-1M bərpa maşınları təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə “Army Recognition” nəşri məlumat yayıb.

Ukraynanın işğalından sonra Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalara baxmayaraq, hərbi texnika istehsalı davam edir. Bu çərçivədə “Uralvaqonzavod” müəssisəsi Rusiya ordusuna açıqlanmayan sayda T-90M “Proryv” əsas döyüş tankları tədarük edib. Bildirilib ki, tanklarla yanaşı, BREM-1M texnikası da gətirilib.

“Proryv” 1994-cü ildə Rusiya ordusunda xidmətə başlayan T-90 tank ailəsinin ən son modernləşdirilmiş variantıdır. T-90 tankının bu versiyası müdafiə, hərəkətlilik və atəş gücündə təkmilləşdirmələrə malikdir. T-90M Rusiya ordusu tərəfindən 14-20 sentyabr 2017-ci il tarixlərində keçirilən “Zapad-2017” hərbi təlimi zamanı sınaqdan keçirilib.

T-90M “Proryv” standart döyüş sursatı ilə yanaşı, tank əleyhinə raketləri də buraxa bilər.

BREM-1M T-90 şassisinə əsaslanan zirehli bərpa maşınıdır. Platforma döyüş meydanında zədələnmiş tankları və zirehli texnikaları bərpa etmək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   T-90  


Bizi "telegram"da izləyin