Çin Qarabağdakı gərginliyə münasibət bildirib

2020/04/15868-1586868426.jpg
Oxunub: 989     15:13     08 Avqust 2022    
Çin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində və Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliyə münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin danışıb.

O, Ermənistan və Azərbaycanı gərginlikdən qaçmağa çağırıb. “İrəvan və Bakı Pekinin dost tərəfdaşlarıdır. Durum daha da gərginləşmədən, siyasi həll yolunun tapılacağını arzulayırıq”, - o söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Qarabağ  


Bizi "telegram"da izləyin