Nazirlikdən
Ordu.az-a verilən xəbərə görə, reyestrin əsas təyinatı şəhidlər, şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılması, onlarla əlaqədar müvafiq məlumatların toplanılması, işlənməsi, saxlanılması və axtarışının avtomatlaşdırılmasıdır.
Şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron qaydada vahid informasiya bazasının yaradılması gələcəkdə müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacaq, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcək.
Ordu.az