Ukraynada “Bayraktar”ların komplekt hissələrinin istehsalı zavodu tikiləcək

2022/07/1657169826.jpg
Oxunub: 369     11:22     08 Avqust 2022    
Ukraynada ilin sonunadək “Bayraktar” pilotsuz uçuş aparatlarının komplekt hissələrinin istehsalı üzrə zavodun tikintisinə başlanacaq.

Ordu.az xəbər verir ki, bu barədə “RBC-Ukraine” agentliyinə müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

Onun sözlərinə görə, Ukrayna hökuməti artıq zavodun tikintisi ilə bağlı ikitərəfli sazişi təsdiq edib və ratifikasiya olunması üçün parlamentə göndərib. Tikinti üçün torpaq sahəsi ayrılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   Ukrayna  


Bizi "telegram"da izləyin