"Taliban" İŞİD-ə qarşı əməliyyata başlayıb

2021/09/_1199-1631250387.jpg
Oxunub: 380     09:55     08 Avqust 2022    
“Taliban” hökumətinin təhlükəsizlik qüvvələri Əfqanıstanın şərqində yerləşən Kunar əyalətində terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyata başladğını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Taliban” hərbi qüvvələri 201-ci komandanlığının mətbuat katibliyi açıqlama yayıb.

Bildirilib ki, əməliyyat Kunar əyalətinin Çouki şəhərinin Dare-dive-gül rayonunda keçirilir.

Açıqlamaya əsasən, əməliyyat İŞİD tam məhv edilənədək sürəcək.

“Taliban”ın müvəqqəti hökuməti əməliyyat nəticəsində ölən və yaralananlar barədə məlumat verməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   İŞİD  


Bizi "telegram"da izləyin