BMT-nin baş katibi Qəzzada atəşkəs elan edilməsini alqışlayıb

2022/08/6cfc3-1659630488.jpg
Oxunub: 322     07:14     08 Avqust 2022    
BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında atəşkəs elan edilməsini alqışlayır və bütün tərəfləri buna hörmət etməyə çağırır.

Ordu.az-ın xəbərinə görə, bu barədə təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib Qəzza və İsraildə atəşkəs elan edilməsini alqışlayır və bütün tərəfləri atəşkəsə əməl etməyə çağırır”, - deyə Düjarrik bildirib.

Qeyd olunur ki, Quterreş Misirə atəşkəsi bərpa etmək üçün BMT ilə koordinasiyalı səylərinə görə təşəkkür edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Qəzza  


Bizi "telegram"da izləyin