Bir sıra ölkələr Britaniyada Ukrayna hərbçilərinə təlim keçəcək

2022/03/3d17-1646803065.jpg
Oxunub: 293     04:20     08 Avqust 2022    
Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə təlim keçmək üçün Böyük Britaniyaya İsveç, Kanada və Niderlanddan təlimatçılar göndərilib.

Ordu.az xəbər verir ki, bu barədə "Defence Express” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, digər ölkələrdən hərbi təlimatçıların cəlb edilməsinin təşəbbüskarı Böyük Britaniya olub. Xarici hərbçilərin ümumi sayı təxminən 350 nəfər olacaq, onlar avqustun sonunda Britaniya poliqonuna gələcəklər.

Nəşr qeyd edir ki, bir qrup isveçli təlimatçı avqustun 12-dən dekabrın 31-dək poliqonda olacaq, 10 min nəfərlik Ukrayna hərbçisinin təlimi isə oktyabrda başa çatmalıdır. Bu o deməkdir ki, Böyük Britaniya silahlıların ilk partiyasını buraxdıqdan sonra Ukrayna ordusuna təlim keçməyə davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Təlim  


Bizi "telegram"da izləyin