Atəşkəs rejimi başlayandan sonra Qəzzadan İsrailə mərmilər atılıb

2022/08/1659935032.jpg
Oxunub: 300     02:49     08 Avqust 2022    
Bazar günü axşam saatlarında Qəzza zolağından İsrailə bir neçə mərmi atılıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.

Məlumata görə, bu, Fələstin anklavında atəşkəs qüvvəyə mindikdən sonra baş verib.

Nəşr qeyd edib ki, mərmilər yerli vaxtla saat 23:30-da (Bakı vaxtı ilə saat 00:30-red) atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə dəqiqə sonra İsrailin cənub rayonları istiqamətində atılıb. “Kan” dövlət radiosunun məlumatına görə, raketlərdən biri Eşkol qəsəbəsi yaxınlığındakı açıq əraziyə düşüb, xəsarət alan yoxdur.

İsrail Ordusuynun mətbuat xidməti atəşkəs başlayandan sonra Qəzza zolağına bitişik ərazilərdə hava hücumu siqnallarının işə salındığını açıqlayıb. Eyni zamanda, İsrail ordusu razılaşdırılmış saatdan sonra qüvvələrinin artıq Fələstin anklavına hücum etmədiyini vurğulayıb. "Saat 23:25-də İsrailin Müdafiə Qüvvələri "İslami Cihad" təşkilatına məxsus hədəfləri vurub. Bu, saat 23:30-a planlaşdırılan atəşkəs rejiminin başlanmasından əvvəl İsrail Müdafiə Qüvvələrinin son zərbəsi olub", - mətbuat xidmətindən bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Atəşkəs  


Bizi "telegram"da izləyin