Zelenski Avropa Şurasının rəhbəri ilə Zaporojye AES-də baş verənlər barədə danışıb

2022/08/1659878833.jpg
Oxunub: 505     17:05     07 Avqust 2022    
Ukrayna Prezident Volodimir Zelenski ilə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında telefon danışığı olub. Danışıq zamanı mövzularından biri də Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasını (AES) atəşə tutması olub.

Ordu.az xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter“ səhifəsində yazıb.

Belə ki, Zelenski Mişele cəbhədəki vəziyyət, eləcə də Rusiya ordusu tərəfindən Zaporojye AES-in atəşə tutması barədə məlumat verib.

“Rusiyanın nüvə terroru beynəlxalq ictimaiyyətdən daha qətiyyətli cavab tələb edir”.

Siyasətçilər həmçinin “taxıl dəhlizi”nin işə salınması və Krım platforması sammitinə hazırlığı müzakirə ediblər.

Zelenski Avropa Şurasının prezidentindən Ukraynaya makro-maliyyə yardımı paketinin ən qısa zamanda açılmasına kömək etməyi xahiş edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski    


Bizi "telegram"da izləyin