Hindistanda muzeydə atışma olub, ölən və yaralanan var

2020/02/12519-1580897149.jpg
Oxunub: 567     16:39     07 Avqust 2022    
Hindistanın Kalkuta şəhərində yerləşən "Indian Museum complex" muzey kompleksində atışma baş verib.

Ordu.az "The Hindu" qəzetinə istinadən xəbər verir ki, muzeyin təhlükəsizliyini təmin edən təhlükəsizlik qüvvələrinin əməkdaşı insanlara atəş açıb.

Məlumata əsasən, o, xidməti silahından bir polis əməkdaşını öldürüb, bir nəfəri isə yaralayıb.

Bildirilir ki, atış açan şəxs saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Atışma  


Bizi "telegram"da izləyin