Sutka ərzində Qəzza zolağından İsrailə 350-yə yaxın raket atılıb

2022/08/1659763766.jpg
Oxunub: 601     23:02     06 Avqust 2022    
“Sübh” əməliyyatının ilk günündə hava hücumlarına cavab olaraq Qəzza zolağından İsrailə 350-yə yaxın raket atılıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Hesablamalara görə, “İslami Cihad” terrorçuları cümə günündən bu günə kimi 350-yə yaxın raket atıblar. Bunlardan 94-ü Qəzza zolağında, 29-u Aralıq dənizində, o cümlədən ikisi Təl-Əviv yaxınlığına düşüb.

Həmçinin “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin 162 raketin qarşısını aldığı bildirilir. Hərbçilər əhalinin məskunlaşdığı ərazilərə atılan raketlərin zərərsizləşdirilməsində 95,9 % səmərəlilik nümayiş etdirdiklərini bildiriblər.

Hazırda raket hücumları davam edir. Xüsusən, Sderot və Eşkol şəhərləri atəş altındadır, Aşdodda sirenlər işə salındıqdan sonra bir neçə raketin qarşısı alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin