Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib - YENİLƏNİB

2022/08/62ee7-1659798397.jpg
Oxunub: 764     22:05     06 Avqust 2022    
6 avqust 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

XİN-dən Ordu.aza veriləbn məlumata görə, Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili 4 avqust tarixində Londondakı Azərbaycan səfirliyinə qarşı baş verən hücumu qınayıb və Azərbaycan ilə həmrəylik ifadə edib.

Nazir Ceyhun Bayramov dəstəyə görə gürcü həmkarına təşəkkür edib. O, baş verən təxribatın hərtərəfli araşdırılması və cavabdeh şəxslərin qanun qarşısında cavab verməsinin vacibliyini vurğulayıb və bununla bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən müvafiq işin aparıldığını qeyd edib.

****
Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili Azərbaycanın Londondakı səfirliyinə qarşı törədilmiş təxribatla əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.
Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan XİN-in “Aktual.ge” xəbər portalına açıqlamasında bildirilib. Qeyd olunub ki, İlia Darçiaşvili söhbət zamanı ölkəsinin Azərbaycana tam dəstəyini vurğulayıb.

Reklamınızı SmartBee ilə effektiv edin.
"Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bu gün azərbaycanlı həmkarı ilə telefonla danışıb və avqustun 4-də baş vermiş hadisəyə görə tam dəstək və həmrəylik ifadə edib",- deyə məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan  


Bizi "telegram"da izləyin