Əfqanıstanda partlayış baş verib, ölən və yaralananlar var

2022/08/86b11-1659797259.jpg
Oxunub: 579     18:45     06 Avqust 2022    
Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində partlayış baş verib.

Ordu.az xəbər verir ki, partlayış Kabil şəhərinin Puli-Soxta rayonunda baş verib. Ölən və yaralıların meyitləri polis maşınlarında təcili yardım xəstəxanasına aparılıb.

Parlamentin keçmiş deputatı Əlişir Şaherin sözlərinə görə, hadisə zamanı 12 nəfər həlak olub, daha 28 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Partlayış  


Bizi "telegram"da izləyin