“Foreign Policy”: Macarıstanın Baş naziri Rusiyanın Aİ-dəki “Troya atı”dır

2022/08/ea422-1659794249.jpg
Oxunub: 542     16:41     06 Avqust 2022    
Macarıstanın Baş naziri Viktor Orbanı Rusiyanın Avropa İttifaqındakı (Aİ) “Troya atı” adlandırmaq olar, çünki onun Rusiya ilə bağlı siyasəti ümum-Avropa kursundan dəfələrlə kənara çıxıb.

Ordu.az xəbər verir ki, bu fikirlər ABŞ-ın “Foreign Policy” jurnalında yer alıb.

Nəşr qeyd edib ki, Rusiyanın İttifaqdakı “Troya atı” olan Orban lap əvvəldən Ukraynada Kremlin ünvanına birbaşa tənqidi fikir səsləndirməkdən yayınmağa çalışıb və Rusiyadan enerji təchizatına dair sanksiyalara qarşı çıxıb. Jurnalda vurğulanıb ki, Macarıstanın Baş naziri hətta ölkəsi üçün neft embarqosundan istisnalara nail olana qədər altıncı sanksiya paketinin təsdiqini gecikdirməyi bacarıb.

“Foreign Policy”nin rəyini soruşduğu analitiklər Orbanın bu davranışını obyektiv və subyektiv olmaqla iki səbəblə əlaqələndirirlər. Obyektiv amil Macarıstanın tədarük olunan təbii qazın təxminən 80 %-ni və neftin 65 %-ni Rusiyadan almasıdır. Subyektiv səbəb isə, ekspertlərin fikrincə, Orbanın öz daxili siyasətini formalaşdırarkən Rusiya dövlət modelini rəhbər tutmasıdır.

Jurnalın müşahidəçiləri onu da qeyd ediblər ki, Budapeştin Rusiyaya münasibətdə digər Aİ ölkələrindən fərqli mövqe tutmasının üçüncü səbəbi var. “Foreign Policy” hesab edir ki, Baş nazir Fransa avtomobil istehsalçısı “Renault”nun Rusiyadakı biznesini rəmzi olaraq 1 rubla satarkən aldığı dərsdən nəticə çıxarıb.

“Orban Rusiya ilə iqtisadi əlaqələrin miqyasından xəbərdardır və onları təhlükəyə atmayacaq”, - jurnalda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Rusiya  


Bizi "telegram"da izləyin