Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin tviter səhifəsində dərc olunan Britaniya kəşfiyyatının hesabatında deyilir.
“Rusiya qüvvələri Ukraynanın əks-hücumunu gözləyərək və ya mümkün hücuma hazırlaşaraq cənubda cəmləşir. Rusiyanın hərbi yük maşınları, tankları, yedəkli artilleriya qurğuları və digər silahlardan ibarət uzun kolonlar Donbass bölgəsindən ayrılaraq cənub-qərbə doğru hərəkət edir. Həmçinin Melitopol, Berdyansk, Mariupoldan və Kerç körpüsündən keçməklə Rusiyanın materik hissəsindən Krım yarımadasına doğru hərəkət müşayiət olunub”, - məlumatda bildirilib.
Kəşfiyyat məlumatına görə, 800-1000 nəfərdən ibarət taborBritaniya kəşfiyyatı: "Rusiya-Ukrayna müharibəsi tezliklə yeni mərhələyə keçəcək"
-taktiki qrupları (TTQ) artıq Krıma yerləşdirilib və böyük ehtimalla, Xerson bölgəsində rus qoşunlarını dəstəkləmək üçün istifadə olunacaq. “Avqustun 2-də Krıma yeni TTQ yeridilib, həmçinin Şərqdəki qüvvələr qrupundan da TTQ cəlb olunur və kəşfiyyat məlumatlarına görə, onlar da yaxın günlərdə böyük ehtimalla Xerson bölgəsinə göndəriləcəklər”, - tviterdə qeyd olunub.
“Ukrayna qüvvələri Rusiyanın maddi-texniki təchizatını artırmaq qabiliyyətini zəiflətmək üçün bloklama, zədələmə və dağıtma kombinasiyasından istifadə edir və daha çox Ukraynanın cənub bölgələrində körpüləri, silah-sursat anbarlarını və dəmir yollarını, o cümlədən Xersonu Krımla birləşdirən strateji əhəmiyyətli dəmir yolu xəttini hədəfə alır”, - Birləşmiş Krallığın Müdafiə Nazirliyindən əlavə edilib.
Ordu.az