“Türkiyə və Rusiya fikrimizi nəzərə almadan Ermənistanın taleyini müzakirə edirlər” - Geğamyan

2022/08/f61f1-1659781390.jpg
Oxunub: 8102     16:42     08 Avqust 2022    
“Nə qədər müttəfiq və ya tərəfdaş olmasından və nə qədər gözəl beynəlxalq sənədlərin olmasından asılı olmayaraq, Qarabağı verən digər torpaqları da təhvil verəcək”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Varujan Geğamyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Rusiya və Türkiyə prezidentləri danışıqlar aparıb və faktiki olaraq Cənubi Qafqazın yaxın aylardakı taleyini həll ediblər.

“Bu, normal və qanunidir. Cənubi Qafqazda mühüm təsir dairəsi olan iki böyük dövlət öz mövqelərini yaxşılaşdırmaq üçün daim mübarizə aparır. Bu, son 300 ildə olan daimi bir fenomendir.

Lakin 1988-ci ildən biz elə bildik ki, Rusiya, Türkiyə və istənilən digər fövqəldövlətlərin müzakirələri zamanı daha bir faktor, erməni faktoru nəzərə alınıb. Ancaq 2018-ci il oldu, ondan sonra 2020-ci il gəldi. Bu gün kapitulyantların əli ilə demək olar ki, mövcud olmayan ordu və faydasız siyasət hökm sürür. Nizami ordu və təhlükəsizlik sistemi olmasa, suverenlik də olmaz. Yoxdur, olmur, olmayıb və olmayacaq da. Sizin Yaxın Şərqdə ordusuz bir dövlətiniz ola bilməz.

İndi Türkiyə və Rusiya bizim fikrimizi nəzərə almadan Ermənistanın taleyini müzakirə edirlər. Bunda isə ilk növbədə Ermənistanın de-fakto hökuməti günahkardır. Əgər danışıqlar masasındasınızsa, amma sizə söz verilmirsə, deməli günün menyusundasınız. Yaxın günlərdə daha bir bənzər qərar olacaq: Laçın və Zabuxun təhvil verilməsi”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin