Erməni ictimai xadim: “Rusiyanın 44 günlük müharibədən Azərbaycana borcu var”

2022/08/az5df-1659781312.jpg
Oxunub: 1382     15:33     08 Avqust 2022    
“Rus sülhməramlısının raket zərbəsi nəticəsində həlak olmayacağına zəmanət yoxdur, ona görə də məsafə saxlayırlar”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Davit Stepanyan bildirib.

Onun sözlərinə görə, başa düşmək lazımdır ki, Qarabağda bir sülhməramlı öldürülərsə, bu, onun hərbi qruplaşmasına hücum kimi qəbul ediləcək.

“Belə olan halda, Rusiya istəsə də, istəməsə də reaksiya verəcək. Bu vəziyyət Rusiya sülhməramlılarının raket zərbələrinə icazə verməsindən xəbər verir. 2020-ci il noyabrın 9-dan sonra Rusiyanın Azərbaycana borcu var”, - deyə Stepanyan vurğulayıb.

O qeyd edir ki, Ermənistan kəskin addımlar atmaqdan qorxur: “Bizim problemimiz qorxularımızdır. Azərbaycandan, Türkiyədən, İrandan qorxuruq. Biz bataqlıqdayıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Rusiya  


Bizi "telegram"da izləyin