Erməni politoloq: “Ermənistana təzyiqlər artacaq, Rusiya payızda sülh istəyəcək”

2022/08/cdsd-1659781175.jpg
Oxunub: 604     12:25     08 Avqust 2022    
“Sülh sazişi imzalanmalıdır, ancaq Rusiya tərəfi üçün ən ağrılısı odur ki, sülh müqaviləsi bağlanacağı təqdirdə heç bir sülhməramlı missiyaya ehtiyac qalmayacaq”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Armen Hovhannisyan bildirib.

O qeyd edib ki, ABŞ-ın sərt tonu həm Azərbaycana, həm də Ermənistana aiddir.

Politoloqun proqnozuna görə, Rusiya-Ukrayna müharibəsi avqust-sentyabr aylarında diqqət mərkəzində olacaq.

“Ermənistana təzyiqlər artacaq. Rusiya payızda sülh istəyəcək”, - deyə Hovhannisyan bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin