Moskvaya kim daha yaxşı təklif edəcək: İrəvan, yoxsa Bakı?

2022/08/1659780936.jpg
Oxunub: 1540     17:01     06 Avqust 2022    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Qarabağdakı sülhməramlılarla bağlı sözlərinə cavab verib. Lavrov deyib ki, Moskva İrəvanın Rusiyanın sülhməramlı əməliyyatı ilə bağlı təkliflərini görməyib, ona görə də onların nədən danışdığını təxmin edə bilmir. O, həmçinin qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi razılaşmalara paralel olaraq, tərəflərin hər birinin əlavə təşəbbüslər irəli sürmək hüququ var, lakin Ermənistan bunu etməyib.

Ermənistan hökumətinin avqustun 4-də keçirilən iclasında Paşinyanın bəyanatı səsləndirilib. Orada xüsusi olaraq qeyd olunub ki, Rusiya sülhməramlı mandatı ya Qarabağda tam fəaliyyət göstərməlidir, ya da bununla bağlı maneə yaranarsa, İrəvan beynəlxalq təminatlar istiqamətində səylərini artıracaq.

Lavrovun reaksiyası sübut edir ki, İrəvanın bəyanatları ilə bağlı narazılıq tonu mövcuddur. Lavrovun İrəvanın narahatçılığı və ya suallarının müzakirə olunub-olunmayacağı barədə danışmaması, konkret təkliflərin olmadığını bildirməsi buna sübutdur. Kremlin və Rusiya Xarici İşlər Nazirliyinin reaksiyalarının bir qədər fərqli tonda olmasının səbəbi nə ola bilər?

Moskvaya kim daha yaxşı təklif edəcək: İrəvan, yoxsa Bakı, Lavrov isə hansı ilə işləməyə üstünlük verəcəyinə qərar verəcək.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   London  


Bizi "telegram"da izləyin