“Rus sülhməramlıların missiyasında boşluqlar var” – Erməni politoloqlar

2022/08/1659780912.jpg
Oxunub: 650     14:46     08 Avqust 2022    
Ermənistan hökumətinin bir neçə gün öncə baş tutan iclasında Nikol Paşinyan bildirib ki, son baş verən gərginlik Qarabağda sülhməramlı əməliyyatın məzmunu və xarakteri ilə bağlı suallar yaradır. O, Çaylaqqala, Böyük Tağlar və Fərrux kəndləri ilə bağlı hadisələri xatırladıb. O bildirib ki, Qarabağda sülhməramlı əməliyyatın təfərrüatlarına aydınlıq gətirmək çox zəruri olur.

Erməni politoloq Andrias Qukasyan Paşinyanın rus sülhməramlılarının fəaliyyətsizliyi ilə bağlı sözlərini şərh edərkən deyib ki, Rusiya kimi kriminal rejimlərlə bağlanmış sövdələşmələr oxşar nəticələr verir.

“İstər daxili həyatımızda, istər ölkədaxili müstəvidə, istərsə də dövlətlərarası münasibətlərdə belə hərəkətlər ağlabatan ictimai faydalı təzahürə malik ola bilməz. Bu gün Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşması yoxdur”, - deyə o bildirib.

Digər erməni politoloq Ruben Mehrabyan bildirib ki, onsuz da deyilən “əgər”lər işləməyəcək.

“Onlar son iki il ərzində işləmək imkanına malik idilər və imkanları da var idi, lakin etmədilər. Və onların niyə işləmədiyini çox yaxşı bilirik”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin