Erməni ekspert: “Rusiyanın bizim maraqlarımızı qoruyacağını düşünmək sadəlövhlükdür”

2022/08/ruben-1659780770.jpg
Oxunub: 647     12:54     08 Avqust 2022    
“ATƏT-in Minsk qrupunun həmsədrliyi siyasi və ya siyasi vahid kimi mövcud deyil və bütün bu problemlər Rusiya-Türkiyə ikitərəfli münasibətlərinə aiddir”.

Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlər Universitetinin şərqşünaslıq fakültəsinin dekanı, siyasi şərhçi Ruben Melkonyan deyib.

O qeyd edib ki, ikitərəfli təmasları bəzən üçtərəfli əlaqəyə çevirən İranın rolunu da qeyd etmək lazımdır.

“Qarabağa gəlincə, burada dərin və görünən Rusiya-Türkiyə qarşıdurmasının olduğu göz qabağındadır. Xüsusən də Rusiya sülhməramlılarının olması uzun müddətdir ki, Türkiyə-Azərbaycan tandemini narahat edir və buna kompleks yanaşırlar.

Türkiyə ilə Rusiya arasında daha dərin fikir ayrılıqları var. Rusiyanın da, Türkiyənin də böyük dostluqlarını davam etdirməkdən başqa çarəsi yoxdur. Ermənistana gəlincə, o, faktor kimi mövcud deyil. Ona görə də bütün bu proseslərdə biz müşahidəçi statusundan daha aşağı statusa malik subyektik və Rusiyanın bizim maraqlarımızı qoruyacağını düşünmək təbii olaraq sadəlövhlükdür. Biz prosesə kənardan baxacağıq”, - deyə Melkonyan bildirib.

O qeyd edib ki, sülhməramlılar sülhü təmin edə bilmədilər və bir neçə saat yarımmüharibə vəziyyəti hökm sürdü.

“İndi türklər ruslara deyirlər: siz sülhməramlısınız, biz sülhü qorumuruq, siz nə edirsiniz?”, - deyə ekspert bildirib.

O Rusiyanın Cənubi Qafqazda təsirinin dəyişdiyini vurğulayır: “Əgər keçmişdə Cənubi Qafqaz Türkiyə və Qərb üçün toxunulmaz idisə, indi belə deyil. Türkiyənin burada fərqli təmsilçiliyi var. Bu o deməkdir ki, bəli, Rusiyanın rolu azalıb. İndi sual olunur ki, Rusiya öz təsirini bərpa etmək istəyir, yoxsa istəsə də, bacarmır?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ATƏT   Ermənistan  


Bizi "telegram"da izləyin