Ermənistan XİN-dən Lavrova etiraz: Sülhməramlılarla bağlı narahatlıq hələ 2021-ci ildə Rusiyaya təqdim edilib

2022/06/thumb-1654782748.jpg
Oxunub: 624     13:33     06 Avqust 2022    
“Erməni tərəfinin Qarabağdakı rus sülhməramlılarının fəaliyyəti ilə bağlı narahatlığı 2021-ci ildən qalmaqdadır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib.

O qeyd edib ki, fevral ayında narahatlıqlar Rusiya Federasiyasının yüksək rəhbərliyinə yazılı şəkildə təqdim edilib

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Qarabağdakı sülhməramlılarla bağlı sözlərinə cavab cerib. Lavrov deyib ki, Moskva İrəvanın Rusiyanın sülhməramlı əməliyyatı ilə bağlı təkliflərini görməyib, ona görə də onların nədən danışdığını təxmin edə bilmir. O, həmçinin qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi razılaşmalara paralel olaraq, tərəflərin hər birinin əlavə təşəbbüslər irəli sürmək hüququ var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin