“Çinin iqlim məsələlərində ABŞ ilə əməkdaşlığı dayandırması dünyaya təsir edəcək” - Blinken

2022/04/df456-1648994668.jpg
Oxunub: 432     12:18     06 Avqust 2022    
Pekinin iqlim məsələlərində Vaşinqtonla əməkdaşlığı dayandırması təkcə ABŞ-a deyil, bütün dünyaya, xüsusən də inkişaf etməkdə olan ölkələrə təsir edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Filippində keçirilən mətbuat konfransında bildirib.

“İqlim sahəsində əməkdaşlığın dayandırılması ABŞ-ı yox, dünyanı, xüsusən də inkişaf etməkdə olan dünyanı cəzalandırmaqdır. Biz ölkələrimiz arasında fikir ayrılıqlarına görə qlobal məsələlərdə əməkdaşlığı “girov” etməməliyik”, - E.Blinken deyib.

Amerikalı diplomatın fikrincə, iqlim məsələlərində əməkdaşlığın dondurulması bütün planet üçün müəyyən təsirlərə gətirib çıxaracaq. E.Blinken Çin və ABŞ-ın ümumi gündəliyinin bir sıra bəndləri üzrə əməkdaşlığın dayandırılmasını “məsuliyyətsiz addım” adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin