Polşa səfiri: “Heç bir NATO ölkəsi Ukrayna qədər yardım almayıb”

2022/07/F7184-1657381465.jpg
Oxunub: 463     11:25     06 Avqust 2022    
Müharibənin altıncı ayında Ukrayna NATO ölkələrindən rekord məbləğdə yardım alır.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın Kiyevdəki səfiri Bartoş Tsixotski bildirib.

Səfirin sözlərinə görə, Şimali Atlantik Alyansının heç bir dövləti NATO-nun üzvü olmayan Ukraynanın bu assosiasiya ölkələrindən aldığı yardım qədər yardım almayıb.

Fevralın 24-dən Ukraynaya hərbi dəstəyi koordinasiya etmək üçün Ramşteyn formatında dörd NATO konfransı keçirilib. “Bu, görünməmiş haldır. Heç bir NATO dövləti NATO-nun üzvü olmayan Ukraynanın aldığı yardım kimi yardım almayıb. Bu, həm də ən geniş kəşfiyyat və peyk dəstəyinə, eləcə də Ukrayna əsgərlərinin Böyük Britaniya, Polşa, ABŞ və digər ölkələrin poliqonlarında təlim keçməsinə aiddir”, - o deyib.

Səfir onu da qeyd edib ki, Ukraynanın hələ uzun illər dəstəyə ehtiyacı olacaq: “Ukrayna hücumu dəf edənə qədər əlavə səylər lazımdır, sonra isə uzun illər yenidənqurma prosesində dəstək lazım olacaq. Demokratik dünya Ukraynaya dəstəyi dayandırsa, bu, digər təcavüzkarlara beynəlxalq hüququ tapdalamaq siyasətinin öz bəhrəsini verdiyini göstərəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   NATO  


Bizi "telegram"da izləyin