Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib

2022/07/dfg4d-1656756328.jpg
Oxunub: 445     11:33     06 Avqust 2022    
ABŞ Prezidenti Cozef Bayden Filippin Prezidenti Ferdinand Markosu ABŞ-a səfərə dəvət edib, səfərin tarixləri hələ işlənilir.

Ordu.az xəbər verir ki, bu barədə Filippinin xarici işlər naziri Enrike Manalo ABŞ Dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib.

“Prezident Bayden Prezident Markosu ABŞ-a səfərə dəvət edib. Səfərin nə vaxt baş tutacağı hər iki prezidentin iş qrafikindən asılı olacaq. Ortaq tarix ilə bağlı razılıq əldə olunsa, bu səfərin baş tutmasına nail ola bilərik”, - nazir deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Filippin  


Bizi "telegram"da izləyin