Hindistan HHQ MiQ-21 təyyarə parkını istismardan çıxaracaq

2022/08/1659771105.jpg
Oxunub: 557     11:55     06 Avqust 2022    
Hindistan Hərbi Hava Qüvvələri 2025-ci ilə qədər Rusiya istehsalı olan MiQ-21 qırıcılarını istismardan çıxaracaq.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Təyyarələrin istismardan çıxarılmasına səbəb son vaxtlar ard-arda baş verən qəzalardır. Bir neçə gün öncə baş verən qəzada iki zabit həlak olub. Təyyarələrin mühərrikində problemlər olduğu bildirilir.

Hərbi Hava Qüvvələrinin zabitləri qəzetə bildiriblər ki, MiQ-21 təyyarələrinin vaxtı çoxdan keçib, lakin onlar istismardan çıxarılmazdan əvvəl başqa təyyarələrlə əvəz edilməlidir. Bu gün hava qüvvələrinin 70 MiQ-21 təyyarəsi var.

Hindistan Müdafiə Nazirliyindəki mənbələr “Reuters” agentliyinə təsdiqləyiblər ki, Rusiyada MiQ-lər üçün ehtiyat hissələrin əldə edilməsində çətinliklər yarandığı üçün əvəzedici təyyarələrin alınması ilə bağlı müzakirələr aparılır.

Hindistan mətbuatında “uçan tabut” adlandırılan qırıcıların qəzaya uğraması nəticəsində ötən il Hindistan ordusunun 5 zabiti həlak olub.

Sevinc Əliyeva
Ordu.az








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MiQ-21   ABŞ  


Bizi "telegram"da izləyin