“Arjun” tankından lazerlə idarə olunan tank əleyhinə raket buraxılıb

2022/08/1659769795.jpg
Oxunub: 609     14:15     06 Avqust 2022    
Hindistanın “Arjun” tankından “Samho” adlı lazerlə idarə olunan tank əleyhinə raket buraxılıb.

Ordu.az xəbər verir ki, bu barədə Hindistanda yerləşən “Times Now” nəşri məlumat yayıb.

Sınaq atışları zamanı tank əleyhinə raket minimum və maksimum məsafələrdə sınaqdan keçirilib və telemetriya sistemləri atılan raketlərin uçuş göstəricilərini qeydə alıb.

“Hindustan Times”ın məlumatına görə, “Arjun” tankının inkişaf mərhələsində İsrail istehsalı “Lahat” tank əleyhinə raketlərdən istifadə etməsi planlaşdırılıb, lakin LAHAT-ın minimum mənzili Hindistan Ordusunu qane etmədiyi üçün raketin yerli versiyası hazırlanıb.

Raketdə ERA (Explosive Reactive Armor) tərəfindən qorunan hədəflərə qarşı bu gün əksər tank əleyhinə raketlərdə üstünlük verilən və müxtəlif platformalardan istifadə oluna bilən tandem HEAT tipli döyüş başlığı istifadə edilir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Arjun   Hindistan  


Bizi "telegram"da izləyin