Türkiyənin METAKSAN müdafiə şirkəti 6 ölkə ilə ixrac müqaviləsi imzalayıb

2022/08/Retin-1659769444.jpg
Oxunub: 511     12:15     06 Avqust 2022    
Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən olan METAKSAN 6 ay ərzində 6 fərqli ölkə ilə ixrac müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri məlumat yayıb.

Radar, rabitə, sualtı akustika, simulyatorlar və lazer elektro-optik sistemlər sahəsində fəaliyyət göstərən şirkətin hansı ölkələrlə müqavilə bağladığı açıqlanmayıb.

Nəşrin məlumatına görə, şirkət indiyədək “Retinar” ətraf mühit nəzarəti radarları, radar altimeterlər, “Yakamos” sonar sistemi, “Yara” müdafiə simulyatoru kimi bir çox fərqli məhsulu uğurla ixrac edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   METAKSAN  


Bizi "telegram"da izləyin