Hərbi qulluqçularımız "Xüsusi təyinatlı kursu"nu müvəffəqiyyətlə bitiriblər - FOTO

2022/08/8f213-3319538666.jpg
Oxunub: 554     11:01     06 Avqust 2022    
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkənin Ankara şəhərində keçirilən “Xüsusi təyinatlı kursu"nda iştirak ediblər.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib. Buraxılış mərasimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Xüsusi-təyinatlı  


Bizi "telegram"da izləyin