Ermənistanda radikal müxalifət rus sülhməramlılara qarşı çıxır?

2022/07/1658744803.jpg
Oxunub: 664     14:46     06 Avqust 2022    
“Müxalifətin harada olduğunu soruşmayın, müxalifət öz yerindədir, istənilən ssenariyə hazır olun”.

Bunu Ermənistanın parlament müxalifətinin nümayəndəsi İşxan Sağatelyan Qarabağdakı gərgin vəziyyətə toxunarkən deyib. O, bu sözlərdən əvvəl müxalifətin əvvəllər səsləndirdiyi fikirləri təkrarlayıb, qeyd edib ki, bu hakimiyyət ya yeni müharibəyə, ya da yeni kapitulyasiyaya aparacaq.

Bu açıqlamalar Ermənistanın klassik müxalifətinin ənənəvi fikirləridir, bu baxımdan bizə heç nə demir, bunları bir kənara qoyaq.

Hər bir siyasi qüvvə öz elektoratını səfərbər etmək üçün ritorika seçir. Bu halda xarakterik olan, siyasi hakimiyyətin öz məqsədlərinə çatmaq üçün hansı üsul və ya vasitə kimi seçdiyi və bu seçimin hansısa “qırmızı xətti”nin olub-olmaması, ondan kənarda hər hansı siyasi və partiya, qrup və korporativ maraqlardan üstün olan nəyinsə olmasıdır.

Məsələ ondadır ki, Ermənistanın siyasi hakimiyyətinin məsuliyyəti ilə yanaşı radikal erməni müxalifəti niyə Rusiya sülhməramlıları ilə bağlı heç nə vurğulamır?

Qəribədir ki, Ermənistan müxalifəti Bakı ilə sövdələşməyə görə İrəvanı günahlandırır, ancaq Rusiyanın adını çəkmir. Axı Rusiyanın sülhməramlı mandatı mümkün toqquşmaların aradan qaldırılmasıdır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Radikal-müxalifət  


Bizi "telegram"da izləyin