"Hraparak": İlham Əliyev Paşinyanı narahat vəziyyətə salıb

2021/10/image-1633775889.jpg
Oxunub: 802     13:55     06 Avqust 2022    
“Rus sülhməramlılarına və onun müəlliflərinə ünvanlanan bütün fikirləri bir araya gətirsək, görənləri çox narahat edəcək maraqlı bir mənzərə əldə edəcəyik. Bu vəziyyətdə ruslara hücum edənlər əsasən iqtidar çevrələri, Nikol Paşinyanın oynamağı xoşladığı əclaflardır”.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrində dərc olunan məqalədə deyilir.

Müəllif rus sülhməramlılarını tənqid edənlərin adını sadalayıb.

“Daniel İoannisyan, Styopa Səfəryan, Hovsep Xurşudyan, eşşək kimi əlamətdar vərdişlərə malik Vahaqn Arakelyan və bir çox analitiklər və politoloqlar. Yəni bu gün hökumətin bütün hissəsi ruslardan elə indicə müharibə elan etməyi tələb edir. Daniel İoannisyan hətta KTMT-dən, AİB-dən, MDB-dən çıxmaqla rusları hədələməyə qədər gedib.

Sorosun uşaqlarının bu pisliyinin səbəbini yaxşı başa düşürəm. Narahatlıq içindədirlər. Bu davranışın misilsiz ustaları Levon Şirinyan, Tiko Xzmalyan, Ara Papyan, Vazgenin qardaşı Aram Sarkisyan və başqalarıdır.

İlham Əliyev Niokola qarşı səbirsizləşib onu narahat vəziyyətə salıb. Nikolun bu günlərdə ictimaiyyətdən gizlənməsi buna sübutdur”, - deyə məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Paşinyan  


Bizi "telegram"da izləyin