Putin-Ərdoğan görüşündən əvvəl Qarabağda üstünlük - BAXIŞ BUCAĞI

2022/08/1659539739.jpg
Oxunub: 73     14:44     05 Avqust 2022    
Avqustun 5-də Soçidə Putin və Ərdoğan arasında təkbətək görüş baş tutacaq. Kreml ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunacağını açıqlayıb. Ukrayna və Suriyanın gündəmdə olacağına şübhə yoxdur. Peskov Qarabağ mövzusunun da müzakirə ediləcəyini istisna etməyib.

Qarabağda son gərginliyin baş verməsini Putin və Ərdoğan arasında gözlənilən görüş kontekstində nəzərdən keçirmək lazımdır. Eyni zamanda Türkiyə və Ermənistan arasında yüklərin daşınması və üçüncü ölkənin vətəndaşları üçün sərhədlərin açılması barədə razılaşmanı da buraya əlavə etmək vacibdir. Bu məsələ Ukrayna müharibəsi, sonrakı Qərb sanksiyaları, həmçinin logistika böhranı nəzərə alınmaqla, xüsusilə Moskva üçün həyati əhəmiyyət kəsb edən mövzudur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ərdoğan   Qarabağ  


Bizi "telegram"da izləyin