Paşinyan pası beynəlxalq ictimaiyyətə ötürür - Kremlin cavabı necə olacaq?

2022/05/image-1652870216.jpg
Oxunub: 1674     15:54     06 Avqust 2022    
Ermənistanın baş naziri Paşinyanın avqustun 4-də hökumətin iclasında Rusiya sülhməramlı missiyasının mandatı ilə bağlı suallar ünvanladı. Bəyanat Qarabağda yaranmış vəziyyətlə bağlı idi.

İrəvanın sülhməramlı mandatın effektivliyi məsələsini qaldırması kifayət qədər maraqlıdır. Əslində sülhməramlılar erməni təxribatlarının qarşısını almırsa, üçtərəfli bəyanatda qeyd olunan məsələləri həll edə bilmirsə, onların Qarabağda olması özülüyündə qəribədir.

Rusiya sülhməramlılarının mandatı barədə düşünmək lazımdır. Onlar orada heç bir mandata malik deyil. Bəlkə də, gərginliyin səbəbi də budur.

Paşinyan vəziyyəti beynəlxalq ictimaiyyətə və ya digər aktorlara çatdırmaq istəyir. Ermənistanın baş nazirinin bəyanatı əslində “topu beynəlxalq ictimaiyyətin meydançasına atmaqdır”. Bəs həmin ictimaiyyət, Fransa və ABŞ sülhün təmin edilməsi üçün əməli addımlar üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdırmı?

Ukrayna müharibəsinin böyük yükü vəziyyətə ciddi siyasi və hətta hərbi-siyasi çəki əlavə edir. Bu vəziyyət Azərbaycan və Türkiyə ilə əməkdaşlıq haqqında daha çox hiss etmələrinə səbəb olur. Avropa Komissiyasının prezidenti Bakı ilə enerji təchizatını artırmaq üçün memorandum imzalayanda Azərbaycan Rusiyaya qarşı daha da inamlı olur, ondan yarana biləcək riskləri minimallaşdırır.

Aqil Məmmədov
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Kremlin  


Bizi "telegram"da izləyin