Hər halda, hələ aprel ayında Fərruxun azad edilməsindən sonra Rusiyanın xarici işlər naziri Lavrov bəyan etmişdi ki, Rusiya sülhməramlılarının fəaliyyətinin effektivliyinə heç bir şübhə olmamalıdır.
Ermənistanda isə hadisələrin gedişatının ən azı şübhələr üçün əsaslar yaratdığını düşünürlər. Bu mənada Moskvanın İrəvanla təmaslarda məsələlərə aydınlıq gətiriləcəyinə reaksiyası ən azı hələlik Ermənistanın baş nazirinin çıxışında səslənən əhval-ruhiyyəyə uyğundur. Bu, heç bir halda həm Moskvada, həm də İrəvanda məsələlərin aydınlaşdırılması və müzakirəsinin eyni nəticəyə gətirib çıxaracağı anlamına gəlmir. Üstəlik, İrəvanın qaldırdığı məsələlərin mövqeyini aydınlaşdırmaq baxımından Kreml və Rusiya XİN komandalarının yanaşmasının eyni olub-olmaması hələ də məlum deyil. Söhbət onların arasında prinsipial fərqin olması deyil, həm də hər bir hökumətdə olduğu kimi, bu məsələdə də müxtəlif departament yanaşmaları, müxtəlif taktiki ideyaların mövcudluğudur.
Avqustun 5-də Soçidə keçiriləcək Putin-Ərdoğan görüşündən əvvəl belə bəyanatlar olduqca diqqətçəkicidir. Peskov həmin görüşdə Qarabağ məsələsinin müzakirə ediləcəyini istisna etməyib.
Bütövlükdə, gərginliyin yaranmasının arxasında duran müxtəlif motivlərə baxmayaraq, qeyd etmək lazımdır ki, bu, artıq regionda strateji maraqlarını həyata keçirən əsas oyunçular arasında geniş siyasi ticarət və sövdələşmənin mövzusudur. Ermənistan isə burada alət qismində iştirak edir.
Aqil Məmmədov
Ordu.az