Pelosi Yaponiyanı tərk edərək Asiya turunu başa vurub

2022/08/62e9f-1659503748.jpg
Oxunub: 373     08:55     06 Avqust 2022    
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiya turnesini Yaponiyanı tərk etməklə başa vurub.

Ordu.az xəbər verir ki, Amerika nümayəndə heyətinin olduğu xüsusi təyyarə reysi Pelosi Tokioda bir sıra görüşlər, o cümlədən Baş nazir Fumio Kişida və parlamentin aşağı palatasının sədri Hiroyuki Hosoda ilə görüşlər keçirdikdən sonra Yaponiyanı tərk edib.

Tərəflər görüş zamanı ABŞ-Yaponiya müttəfiqliyinin gücləndirilməsinin, həmçinin “azad və açıq Hind-Sakit okean regionu” prinsipinin həyata keçirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. Görüşdə Şimali Koreyanın raket, nüvə proqramı və Ukraynadakı vəziyyət kimi regional təhlükəsizlik məsələləri də qaldırılıb.

Pelosinin Asiya turuna Sinqapur, Yaponiya, Cənubi Koreya və Malayziyaya səfərləri daxil idi. İlk dayanacaqlar Sinqapur və Malayziya olub, Çinin sərt etirazlarına baxmayaraq o, Tayvana da gedib.

Bu səfər ABŞ Nümayəndələr Palatasının sədrinin 1997-ci ildən bəri Tayvana ilk səfəri olub və Pelosini son 25 ildə adaya səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin