Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi üzrə Analitik İnstitutu (ISW) məlumat yayıb.
ISW ekspertləri qeyd ediblər ki, Rusiya qoşunları Nijni Novqorod vilayətinin Mulino şəhərində yerləşən Qərb Hərbi Dairəsində 15 min nəfərlik ordu korpusu formalaşdırır. Ola bilsin, bu korpusun qismən könüllü batalyonlardan formalaşdırılması nəzərdə tutulur.
Omsk vilayətinin qubernatoru Aleksandr Butkov bildirib ki, vilayət Donbasa yerləşdirilmək və mühəndislik, tibbi və maddi-texniki dəstək vermək üçün üç könüllü batalyon - İrtış, Avangard və Om yaratmaqda davam edir.
Ordu.az