Reuters: ABŞ Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi verməyə hazırlaşır

2022/06/42f4e-1656303069.jpg
Oxunub: 430     06:38     06 Avqust 2022    
ABŞ Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi verməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Bildirilir ki, paketə uzaqmənzilli silahlar üçün döyüş sursatları, həmçinin zirehli tibbi nəqliyyat daxildir.

Qeyd edilir ki, yardım paketinin tərkibi və əhatə dairəsi ilə bağlı detallar Prezident tərəfindən yekun təsdiq edilənə qədər dəyişə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin