Təl-Əviv Qəzzada gərginlik fonunda şəhərdəki bütün bomba sığınacaqlarını açıb

2022/08/1659763785.jpg
Oxunub: 326     03:55     06 Avqust 2022    
Təl-Əvivin yerli orqanları Qəzza zolağında vəziyyətin gərginləşməsi fonunda şəhərdə bütün ictimai bomba sığınacaqlarının açıldığını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Şəhər rəhbərliyi həmçinin sakinləri bütün təcili məsələlərlə bağlı “qaynar” xəttə müraciət etməyə çağırıb.

Bundan əvvəl Fələstinin "İslami Cihad" radikal qruplaşması fəallarının Qəzza zolağından İsrailə doğru 40-a yaxın raket atdığı, onlardan 30-unun vurulduğu bildirilin. Məlumata görə, hava hücumundan müdafiə siqnalları İsrailin mərkəzi hissəsindəki Rişon-le-Sion, Bat-Yam, Holon və Yavne şəhərləri, eləcə də cənubdakı Aşkelon və Aşdod şəhərlərində işləyib.

Daha əvvəl isə Qəzza zolağından İsrailə raketlərin atıldığı, onların “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu bildirilib. Qeyd olunur ki, ölkənin cənubunda bir neçə şəhərdə hava xəbərdarlığı elan edilib.

İsrailin Müdafiə Qüvvələri Qəzza zolağında “İslami Cihad” radikal qruplaşmasının silah sexlərinə, silah anbarlarına və atəş mövqelərinə zərbələr endirməklə cavab verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail  


Bizi "telegram"da izləyin