“İsrail Qəzzada əməliyyatda maraqlı deyil, lakin bundan qorxmur” - Lapid

2022/07/_1256-1658675803.jpg
Oxunub: 362     03:13     06 Avqust 2022    
İsrail Qəzza zolağında genişmiqyaslı əməliyyat keçirməkdə maraqlı deyil.

Ordu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid bildirib.

"Qəzzada bugünkü hərəkətlər bölgənin cənubunda həyat tərzini pozan xüsusi təhdidlər fonunda başladı", - Lapid deyib.

O, İsrailin Qəzzada genişmiqyaslı əməliyyat keçirməkdə maraqlı olmadığını, lakin bundan da qorxmadığını vurğulayıb.

Lapidin televiziya çıxışı zamanı İsrailin müxtəlif yerlərində hava hücumu ilə bağlı həyəcan siqnalları səslənib.

Bundan əvvəl Fələstinin "İslami Cihad" radikal qruplaşması fəallarının Qəzza zolağından İsrailə doğru 40-a yaxın raket atdığı, onlardan 30-unun vurulduğu bildirilib. Məlumata görə, hava hücumundan müdafiə siqnalları İsrailin mərkəzi hissəsindəki Rişon-le-Sion, Bat Yam, Holon və Yavne şəhərləri, eləcə də cənubda Aşkelon və Aşdod şəhərlərində işə düşüb.

Bundan əvvəl Qəzza zolağından İsrailə raketlərin atıldığı, onların “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu bildirilib. Qeyd olunur ki, ölkənin cənubunda bir neçə şəhərdə hava xəbərdarlığı elan edilib.

İsrailin Müdafiə Qüvvələri Qəzza zolağında “İslami Cihad” radikal qruplaşmasının silah sexlərinə, hərbi anbarlarına və atəş mövqelərinə zərbələr endirməklə cavab verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin