Şarl Mişel Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə telefonla danışıb

2022/08/62ed6-1659724524.jpg
Oxunub: 389     22:34     05 Avqust 2022    
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Resublikasının Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda telefonla danışıb.

Ordu.az xəbər verir ki, Şarl Mişel bu barədə özünün “Twitter“ hesabındakı paylaşımında qeyd edib.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana regiondakı ən son hadisələrlə bağlı ayrı-ayrılıqda telefon zənglərim oldu. De-eskalasiya və kommunikasiyaların açılmasının təmin edilməsi üçün birgə işləyirik”, - deyə Şarl Mişel qeyd edib.

Əlavə edib ki, liderlərin Brüsseldə keçiriləcək növbəti görüşü ərəfəsində dialoqun davam etdirilməsi və gündəlikdəki bütün məsələlərlə bağlı konkret tərəqqiyə nail olunması əsas məsələdir.

Ş. Mişel Aİ-nin buna sadiq olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şarl-Mişel  


Bizi "telegram"da izləyin