Putin və Ərdoğan Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıblar

2022/08/adea7-1659720401.jpg
Oxunub: 414     21:24     05 Avqust 2022    
Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan hesab edirlər ki, Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq vacibdir.

Ordu.az xəbər verir ki, bu barədə liderlərin cümə günü Soçi görüşündən sonra qəbul olunmuş birgə bəyanatında deyilir.

"Qaldırılan məsələlər arasında Suriyada baş verən son hadisələr də var. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyi qeyd edilib", - sənəddə deyilir.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin