Qırğızıstan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

2022/07/62e28-1659015929.jpg
Oxunub: 332     20:48     05 Avqust 2022    
Qırğız Respublikasının Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə edilən hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.

Ordu.az xəbər verir ki, bu barədə Qırğız Respublikası XİN məlumat yayıb.

“İnsidentin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”, - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğız   London  


Bizi "telegram"da izləyin