Dövlət Xidməti: Azərbaycanın elektron informasiya resurslarına qarşı kiberhücumlar hazırlanıb

2022/08/1659713787.jpg
Oxunub: 366     19:35     05 Avqust 2022    
Azərbaycanın elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən Ordu.az-a verilən məlumata görə, kiberhücumlar daim nəzarətdə saxlanılır və dövlət informasiya resurslarına qarşı bu ilin mayın 3-dən davam edən DDOS və digər tipli kiberhücumların qarşısını uğurla alınır.

XRİTDX dövlət və qeyri dövlət informasiya resursları inzibatçılarını, eləcə də fişinq tipli hücumlara qarşı vətəndaşları diqqətli və ayıq olmağa çağırır.


Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XRİTDX   Kiber  


Bizi "telegram"da izləyin