Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

2022/06/12112-1656315231.jpg
Oxunub: 345     18:46     05 Avqust 2022    
Türkiyədə 13-cü Səfirlər Konfransı keçiriləcək.

Ordu.az xəbər verir ki, konfrans 6-12 avqust tarixlərində paytaxt Ankarada baş tutacaq.

Konfrans çərçivəsində müzakirə panelləri təşkil olunacaq. Səfirlər Türkiyə xarici siyasətini yaxından maraqlandıran regional və qlobal məsələləri müzakirə edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirləri qəbul edəcək.

Sloveniya Prezidenti Borut Paxor, ATƏT-in Baş katibi Helqa Şmit, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da tədbirdə iştirakı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Türkiyə  


Bizi "telegram"da izləyin