Hərbi qulluqçularımız Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək

2022/08/c76ae-1659708817.jpg
Oxunub: 589     18:11     05 Avqust 2022    
Hərbi qulluqçularımız “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Federasiyasında səfərdədir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçiriləcək "Dəniz kuboku", o cümlədən “Artilleriya atəşinin ustaları” (Qazaxıstan) və “Snayper həddi" (İran) müsabiqələrində də iştirak edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycanordusu  


Bizi "telegram"da izləyin