Qayanın öz-özünə düşdüyü, yoxsa erməni diversantlar tərəfindən salındığı müəyyən ediləcək - HƏRBİ MƏNBƏ

2021/06/56-1622793554.jpg
Oxunub: 5410     16:20     05 Avqust 2022    
Xəbər verdiyimiz kimi, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri almışdı. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hərbi mənbələrdən Ordu.az-a daxil olan məlumata əsasən, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

"Araşdırma nəticəsində qayanın öz-özünə düşdüyü, yoxsa erməni diversantlar tərəfindən salındığı müəyyən ediləcək. Hər iki hərbi qulluqçunun ilk növbədə ailəsinə məlumat verilib və dərhal ictimaiyyətə çatdırılıb", - deyə məlumatda bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin