APPG Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

2022/08/da374-1659698269.jpg
Oxunub: 338     15:17     05 Avqust 2022    
“Ötən gün radikalların Azərbaycan səfirliyinə əsassız hücumu qəbuledilməzdir”.

Ordu.az xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin iki palatasının deputatları və perlərindən ibarət qeyri-formal partiyalararası qrup (APPG) tviter səhifəsində yazıb.

“APPG bu hücumu pisləyir. Səfirliyin əməkdaşlarının təhlükəsizliyinə real təhdid olmasına baxmayaraq, onların zərər görməməsinə görə şadıq. Bu vəziyyəti nizama salan polisə də təşəkkür edirik”, - APPG bildirib.

Qeyd edək ki, APPG Böyük Britaniya və Azərbaycan arasında parlamentlərarası əlaqələri təşviq etmək məqsədilə yaradılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin