Ermənistan MN: Suren Papikyan və Zakir Həsənov arasında operativ təmaslar dayanıb

2022/07/1658756238.jpg
Oxunub: 560     14:33     05 Avqust 2022    
Hazırda Ermənistan müdafiə naziri Suren Papikyan və Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında operativ təmas mövcud deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) sözçüsü Aram Torosyan bildirib.

Onun sözlərinə görə, artıq bir neçə aydır iki ölkənin müdafiə nazirləri arasında operativ təmaslar yoxdur.

MN rəsmisi əlavə şərh verməyib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən ilin noyabrında Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında operativ əlaqə barədə bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin