Ordu.az xəbər verir ki, bu barədə “Henaket” analitik mərkəzinin eksperti Vitali Manqasaryan “Facebook” səhifəsində yazıb.
O sual edib ki, bu bəyanat hərbi birləşmənin ləğvi prosesinin başlanğıcı deyilsə, bəs nə deməkdir?
“Ermənistanın faktiki baş naziri deyir ki, bir neçə təminat olarsa, o, müdafiə ordusunu (qanunsuz hərbi birləşmə - red.) ləğv edib, məsələn, “limonad palçığı” hazırlamağa hazırdır və nə qədər qəribə olsa da, Azərbaycan tərəfdən də zəmanət istəyir”, - deyə Manqasaryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az