“Paşinyan təminat olduğu halda Qarabağdakı “hərbi birləşmə”ni ləğv etməyə hazırdır” - Erməni hərbi ekspert

2022/08/9622f-1659695336.jpg
Oxunub: 759     19:15     05 Avqust 2022    
“Nikol Paşinyan bəyan edir ki, əgər kimsə təmas xəttinin bütövlüyünə zəmanət versə, müdafiə ordusunun (qanunsuz hərbi birləşmə - red.) döyüş növbətçiliyinə ehtiyacı olmayacaq”.

Ordu.az xəbər verir ki, bu barədə “Henaket” analitik mərkəzinin eksperti Vitali Manqasaryan “Facebook” səhifəsində yazıb.

O sual edib ki, bu bəyanat hərbi birləşmənin ləğvi prosesinin başlanğıcı deyilsə, bəs nə deməkdir?

“Ermənistanın faktiki baş naziri deyir ki, bir neçə təminat olarsa, o, müdafiə ordusunu (qanunsuz hərbi birləşmə - red.) ləğv edib, məsələn, “limonad palçığı” hazırlamağa hazırdır və nə qədər qəribə olsa da, Azərbaycan tərəfdən də zəmanət istəyir”, - deyə Manqasaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin